“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən “Demirchi Tower” də yerləşən ofisində informasiya kommunikasiya şəbəkəsinin infrastrukturunun genişləndirilməsi üçün kotirovka sorğusu keçirilir
30 mart,2021 10:43

“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən “Demirchi Tower” də yerləşən ofisində informasiya kommunikasiya şəbəkəsinin infrastrukturunun genişləndirilməsi üçün kotirovka sorğusu keçirir.

 

Kotirovka sorğusu iştirakçılarına təklif edilir ki, qiymət təkliflərini möhürlənmiş və imzalanmış şəkildə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Prosedurda iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” də yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər. Əlaqələndirici şəxs – Abbas Mamedov (telefon: 012-488-80-65)

 

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  • Kotirovka sorğusunda iştirak etmək üçün müraciət;
  • İddiaçının tam adı, təşkilatın hüquqi forması, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, dövlət reyestrindən çıxarış və ƏDV ödəyicisinin qeydiyyat bildirişinin təsdiqlənmiş surətləri və ya sistemdən çıxarış;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • Azərbaycan Respublikasında daimi fəaliyyətə və müvafiq iş təcrübəsinə malik olması;
  • Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd (əmr, təsisçilərin yığıncağının qərarı və s.);
  • Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır).

 

Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

 

İddiaçılar prosedurda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 2 aprel 2021-ci il saat 12:00-dək “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” ünvanında yerləşən ofisinə yazılı formada təqdim etməlidirlər.

 

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 

İddiaçıların təklifləri 2 aprel 2021-ci il, saat 16:00-da Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” də yerləşən ofisində, iclas zalında açılacaqdır.

 

Zərflərin açılmasında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

   S/s

Adı

Ölçü

 vahidi

Sayı

1

Cat 6 kabel

metr

3250

2

2-li Legrand mənbə(in + tel)

ədəd

4

3

2-li Clipsal internet mənbə (tel + in)

ədəd

1

4

Patchpanel 24 port

ədəd

2

5

Alçipan Qutu

ədəd

4

6

Tv kabeli

metr

75

7

Anten

ədəd

1

8

Legrand mənbə tv üçün

ədəd

1

9

Tv başlığı

ədəd

2

10

Clipsal divar qutusu

ədəd

1

11

Patchpanel sonlanma

ədəd

28

12

Tv kabellərin çəkilməsi

13

Kabelləşmə və  internet mənbələrin sonlanması