“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən elektrik şəbəkələri üzrə xidmət və mal-materialların satın alınması ilə əlaqədar keçirilmiş təkliflər sorğusunun nəticələri elan edilib
11 noyabr,2021 16:45

“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən Sumqayıt Kimya və Pirallahı Sənaye Parklarının daxili və xarici elektrik şəbəkələri üzrə xidmət və mal-materialların satın alınması ilə əlaqədar keçirilmiş təkliflər sorğusu prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir.

 

Təkliflər sorğusunun nəticələri haqqında Tender Komissiyasının qərarına əsasən “Azservis” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.