“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması ilə əlaqədar keçirilmiş təkliflər sorğusunun nəticəsi elan edilib
11 noyabr,2021 10:46

“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən Sumqayıt Kimya və Pirallahı Sənaye Parklarının şəhərsalma əsaslandırılması layihəsinin, eləcə də Yevlax rayonu ərazisində yaradılması nəzərdə tutulan pilot aqroparkın və Ağdam rayonunda yaradılmış Ağdam Sənaye Parkının fəaliyyətinin təşkili ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması ilə əlaqədar keçirilmiş təkliflər sorğusu prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir.  

 

Təkliflər sorğusunun nəticələri haqqında Tender Komissiyasının qərarına əsasən “Azin Construction” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.