“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən MMC-də 2019-cu il üçün illik maliyyə-təsərrüfat fəaliyyətinin auditi xidmətinin satın alınması üçün kotirovka sorğusu keçirir
19 may,2020 11:21

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən MMC-də 2019-cu il üçün illik maliyyə-təsərrüfat fəaliyyətinin auditi xidmətinin satın alınması üçün kotirovka sorğusu keçirir.

 

Kotirovka sorğusu iştirakçılarına təklif edilir ki, qiymət təkliflərini möhürlənmiş və imzalanmış şəkildə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Prosedurda iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” də yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər. Əlaqələndirici şəxs – Abbas Mamedov (telefon: 012-488-80-65)

 

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  • Kotirovka sorğusunda iştirak etmək üçün müraciət;
  • İddiaçının tam adı, təşkilati hüquqi forması, təsdiqlənmiş nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanına təqdim edilmiş maliyyə hesabatının surəti;
  • Maliyyə imkanlarının, habelə ödəmə qabiliyyətinin olması barədə məlumat;
  • İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd (əmr, təsisçilərin yığıncağının qərarı və s.);
  • Azərbaycan Respublikasında ən azı 10 il daimi fəaliyyətə və müvafiq iş təcrübəsinə malik olması;
  • Azərbaycan Respublikasının iri dövlət qurumlarının maliyyə auditinin keçirilməsində təcrübəyə malik olması;
  • Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatlarla müvafiq iş təcrübəsinə malik olması;
  • Beynəlxalq səviyyədə tanınmış və reytinq cədvəlində boyük 10-luqda yer alan audit qrupuna üzv olması;
  • Şirkətin əmək müqaviləsi əsasında çalışan işçi heyətinin ən az 30 nəfər olması;
  • “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin maliyyə hesabatlarının auditində iştirak edəcək işçi heyətinin audit xidmətlərinin göstərilməsi üzrə müvafiq təcrübələrinin olması (müvafiq sənaye parkları və texnologiya sahəsində BMHS əsasında hazırlanmış maliyyə hesabatlarının auditi sahəsində təcrübə);
  • İşçi heyəti, eləcə də müvafiq sahədə peşəkarlığı olan işçi heyəti barədə məlumatın verilməsi, onların peşəkarlığını təsdiq edən sertifikat, diplom və digər təsdiqedici sənədlərin surətinin  təqdim edilməsi, maliyyə hesabatlarının auditində iştirak edəcək işçi heyətinin tərkibinə ən az 2 ACCA və/və ya CPA kvalifikasiya proqramlarına daxil olan bütün imtahanları uğurla tamamlamış və sertifikatlara sahib olan peşəkar auditorların daxil edilməsi;
  • Azərbaycan Respublikasının vergi qanunvericiliyi üzrə təcrübə;
  • Tələb olunan digər zəruri sənədlər.

 

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır).  

 

Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

 

İddiaçılar prosedurda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 22 may 2020-ci il saat 18:00-dək “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” ünvanında yerləşən ofisinə yazılı formada təqdim etməlidirlər.

 

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 

İddiaçıların təklifləri 31 may 2020-ci il, saat 12:00-da Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” də yerləşən ofisində, iclas zalında açılacaqdır.

 

Zərflərin açılmasında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.