“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən mühəndis-kommunikasiya xətlərinə texniki xidmətlərin göstərilməsinə dair keçirilmiş təkliflər sorğusunun nəticələri elan edilib
25 noyabr,2021 12:56

“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən Sumqayıt Kimya və Pirallahı Sənaye Parklarının rezidentlərinin fəaliyyətinin təmin olunması üçün inşa olunmuş daxili və xarici mühəndis-kommunikasiya xətlərinə texniki xidmətlərin göstərilməsi işlərinin satın alınması ilə əlaqədar keçirilmiş təkliflər sorğusu prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir.

 

Təkliflər sorğusunun nəticələri haqqında Tender Komissiyasının qərarına əsasən “Azservis” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.