“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən sənaye zonalarının fəaliyyətinin təşkili ilə bağlı tərtibat işlərinin görülməsi üçün kotirovka sorğusu keçirilir
31 mart,2021 14:50

“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən sənaye zonalarının fəaliyyətinin təşkili ilə bağlı tərtibat işlərinin görülməsi üçün kotirovka sorğusu keçirir.

 

Kotirovka sorğusu iştirakçılarına təklif edilir ki, qiymət təkliflərini möhürlənmiş və imzalanmış şəkildə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Prosedurda iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” də yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər. Əlaqələndirici şəxs – Abbas Mamedov (telefon: 012-488-80-65)

 

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  • Kotirovka sorğusunda iştirak etmək üçün müraciət;
  • İddiaçının tam adı, təşkilatın hüquqi forması, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, dövlət reyestrindən çıxarış və ƏDV ödəyicisinin qeydiyyat bildirişinin təsdiqlənmiş surətləri və ya sistemdən çıxarış;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • Azərbaycan Respublikasında daimi fəaliyyətə və müvafiq iş təcrübəsinə malik olması;
  • Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd (əmr, təsisçilərin yığıncağının qərarı və s.);
  • Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır). 

 

Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

 

İddiaçılar prosedurda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 2 aprel 2021-ci il saat 18:00-dək “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” ünvanında yerləşən ofisinə yazılı formada təqdim etməlidirlər.

 

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 

İddiaçıların təklifləri 5 aprel 2021-ci il, saat 12:00-da Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” də yerləşən ofisində, iclas zalında açılacaqdır.

 

Zərflərin açılmasında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

S/s

Adı

Ölçü

vahidi

Miqdarı

1

Ümumilli lider Heydər Əliyev “Azərbaycan Respublikasının böyük potensialı var, bu iqtisadipotensialdan daim səmərəli istifadə etməkbizim vəzifəmizdir” sitatının orqanik şüşədən hazırlanması (lazer kəsimi və montajı)

ədəd

1

2

Məlumat lövhəsinin vurulması (şüşə üzərində lazer kəsim-100x70 ölçüdə)

ədəd

2

3

Pəncərələr üçün jalüzün təmin edilməsi

 

 

4

Bilbord üzərində Heydər Əliyevin şəkilinin UV çapı və montajı

 

 

5

Heydər Əliyev və İlham Əliyevin şüşə üzərində portretləri (100x70 ölçüdə)

ədəd

2

6

Heydər Əliyev və İlham Əliyevin şüşə üzərində portretləri (80x60 ölçüdə)

ədəd

2

7

Heydər Əliyev və İlham Əliyevin şüşə üzərində portretləri (70x50 ölçüdə)

ədəd

4

8

Təqdimat lövhələri-çap, montaj

ədəd

3

9

Divar şəkillərinin vurulması (70x50 ölçüdə)

ədəd

8

10

Şüşələrin üzərində vinillərin vurulması

 

 

11

Azərbaycan bayrağının hazırlanması

ədəd

4

12

Sumqayıt Kimya Sənaye Parkı-bayraq SKSP

ədəd

4

13

Konus Azərbaycan bayrağı-atlas (150x100 ölçüdə)

ədəd

1

14

İşıqlı reklam lövhəsinin yenilənməsi

ədəd

1

15

Foto və video çəkilişin aparılması

dəfə

2