- Ana Səhifə
- Media
- Elanlar
- “Sumqayıt Kimya Sənaye Parkı” MMC yeni tədris ilinin başlanması ilə əlaqədar “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində və Sənaye Parkında daxili və xarici dizayn-tərtibat işlərinin satın alınması üçün kotirovka sorğusu keçirir
“Sumqayıt Kimya Sənaye Parkı” MMC yeni tədris ilinin başlanması ilə əlaqədar “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində və Sənaye Parkında daxili və xarici dizayn-tərtibat işlərinin satın alınması üçün kotirovka sorğusu keçirir.
Kotirovka sorğusu iştirakçılarına təklif edilir ki, qiymət təkliflərini möhürlənmiş və imzalanmış şəkildə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Prosedurda iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” də yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər. Əlaqələndirici şəxs – Abbas Mamedov (telefon: 012-488-80-65)
İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-
Kotirovka sorğusunda iştirak etmək üçün müraciət;
-
İddiaçının tam adı, təşkilatın hüquqi forması, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, dövlət reyestrindən çıxarış və ƏDV ödəyicisinin qeydiyyat bildirişinin təsdiqlənmiş surətləri.
-
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
-
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanına təqdim edilmiş maliyyə hesabatının surəti;
-
Maliyyə imkanlarının, habelə ödəmə qabiliyyətinin olması barədə məlumat;
-
İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-
İşçi heyəti və onların ixtisası barədə sənədlərin surəti;
-
Satınalma predmeti üzrə təcrübəsi barədə təsdiq edilmiş məlumat;
-
Texniki imkanlar barədə məlumat;
-
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd (əmr, təsisçilərin yığıncağının qərarı və s.);
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır).
Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar prosedurda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 14 sentyabr 2020-ci il saat 12:00-dək “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” ünvanında yerləşən ofisinə yazılı formada təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 14 sentyabr 2020-ci il, saat 15:00-da Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” də yerləşən ofisində, iclas zalında açılacaqdır.
Zərflərin açılmasında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.