Sumqayıt Kimya Sənaye Parkı nəzdində Peşə Təhsil Mərkəzinin tələbələri bilik yarışında ikinci yeri qazanıblar
17 dekabr,2021 18:13

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Sumqayıtda fəaliyyət göstərən peşə təhsili müəssisələrinin tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirilib.

 

9 komandanın bilik və bacarıqlarını sınadığı yarışmada tələbələr peşə fəaliyyətinə və ümumi dünyagörüşünə dair sualları cavablandırıblar.

 

5 turdan ibarət olan intellektual oyunda Sumqayıt Kimya Sənaye Parkının nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzini təmsil edən “Qarabağ” komandası II yerə layiq görülüb.

 

Qalib komandalara fəxri fərman, medal və hədiyyələr verilib.