- Ana Səhifə
- Media
- Elanlar
- Sumqayıt Kimya Sənaye Parkının ərazisində ərazidaxili elektrik quraşdırma işləri üzrə mal-materialların satın alınması üçün təkliflər sorğusu keçirilir
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində ərazidaxili elektrik quraşdırma işləri üzrə mal-materialların satın alınması üçün təkliflər sorğusu keçirir.
Təkliflər sorğusu iştirakçılarına təklif edilir ki, qiymət təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Prosedurda iştirak etmək istəyənlər iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş kotirovka sorğusu şərtlərini “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” də yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər. Əlaqələndirici şəxs – Abbas Mamedov (telefon: 012-488-80-65)
İştirak haqqı: 500 manat
H/h: AZ65PAHA38090AZNHC0190006581
VÖEN: 2902478331
Bank: “PAŞA Bank” ASC
Bankın VÖEN-i: 1700767721
Bankın kodu: 505141
SWİFT: PAHAAZ22
M/h: AZ82NABZ01350100000000071944
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-
Təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;
-
İştirak haqqının ödənilməsi barədə bank sənədi;
-
Qiymət təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-
Qiymət təklifi dəyərinin 1%-i həcmində bank təminatı (qiymət təklifinin qüvvədə olma müddəti bitdikdən sonra 30 bank günü);
-
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarından arayış;
-
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-
Rəhbər şəxsin (imza sahibinin) tutduğu vəzifəni təsdiq edən sənədin surəti.
-
Tələb olunan digər zəruri sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır).
Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar prosedurda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 15 sentyabr 2021-ci il saat 18:00-dək “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” ünvanında yerləşən ofisinə yazılı formada təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 16 sentyabr 2021-ci il, saat 12:00-da Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” də yerləşən ofisində, iclas zalında açılacaqdır.
Zərflərin açılmasında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.