- Ana Səhifə
- Media
- Xəbərlər
- Sumqayıt Kimya Sənaye Parkının rezidenti beynəlxalq konfransda iştirak edib
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Baku Non Ferrous and Foundry Company” MMC-nin əməkdaşları Niderlandın paytaxtı Asmsterdam şəhərində 7-8 iyun tarixlərində “Ferroərintilərin istehsalı“ mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak ediblər.
İngiltərənin biznes-konsalting şirkəti olan CRU International Ltd tərəfindən təşkil edilmiş konfransın keçirilməsində məqsəd ferrroərintilərin istehsalı sahəsində fəaliyyət göstərən şirkətləri və onların alıcılarıını bir araya gətirməkdir.
Qeyd edək ki, “Baku Non Ferrous and Foundry Company” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Sənaye Parkının ərazisində ferrosilisiumun müxtəlif növlərinin istehsalını həyata keçirir.
İndiyədək müəssisədə 80 milyon manata yaxın məhsul edilib, bunun 85 faizdən çox hissəsi ABŞ, Almaniya, Kanada, Hollandiya, BƏƏ, Estoniya və s. ölkələrə ixrac edilib. İnvestisiya dəyəri 33 milyon ABŞ dolları olan müəssisədə 190 nəfər daimi işlə təmin edilib.