Xarici şirkətlərlə görüşlər keçirilib
14 dekabr,2021 15:53

İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən ölkədə fəaliyyət göstərən sənaye zonalarına investorların cəlb edilməsi istiqamətində işlər davam etdirilir.

 

Belə ki, Agentliyin əməkdaşları dekabrın 14-də Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda iştirak ediblər.

 

Biznes forum çərçivəsində Türkiyədən və Gürcüstandan olan iş adamları ilə ikitərəfli görüşlər keçirilib. İş adamlarına ölkədə fəaliyyət göstərən sənaye zonaları haqqında məlumat verilib və burada yaradılmış əlverişli biznes mühitindən yararlanmağa dəvət edilib.