- Ana Səhifə
- Media
- Xəbərlər
- Sumqayıt Sənaye Parkının yeni rezidenti xüsusi texnika və nəqliyyat vasitələri istehsal edəcək
Sumqayıt Sənaye Parkının yeni rezidenti xüsusi texnika və nəqliyyat vasitələri istehsal edəcək
29 iyul,2026 14:23
Sumqayıt Sənaye Parkının yeni rezidenti tərəfindən xüsusi texnika və nəqliyyat vasitələrinin istehsalı və yığımı layihəsi həyata keçiriləcək.
"RAM İndustries" MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.
İnvestisiya dəyəri 44,9 milyon manat olan xüsusi texnika və nəqliyyat vasitələrinin istehsalı və yığımı layihəsi çərçivəsində 200-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.


