Yerli və xarici şirkət nümayəndələri ilə görüşlər keçirilib
2 iyun,2022 13:28

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) əməkdaşları Bakı Ekspo Mərkəzində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisi çərçivəsində müxtəlif sahələrdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələri ilə görüşlər keçiriblər.

 

Şirkət nümayəndələrinə ölkəmizdə mövcud sənaye zonaları, burada iş adamları üçün yaradılan əlverişli şərait, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı göstərilib.

 

Sonda yerli və xarici iş adamları sənaye zonalarında mövcud əlverişli investisiya mühitindən yaralanmağa dəvət edilib.