“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən texniki xidmətlərin göstərilməsi işlərinin satın alınması üçün təkliflər sorğusu keçirilir
22 сентября,2021 14:07

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən Sumqayıt Kimya və Pirallahı Sənaye Parklarının rezidentlərinin fəaliyyətinin təmin olunması üçün inşa olunmuş daxili və xarici mühəndis-kommunikasiya xətlərinə texniki xidmətlərin göstərilməsi işlərinin satın alınması üçün təkliflər sorğusu keçirir.

 

Təkliflər sorğusu iştirakçılarına təklif edilir ki, qiymət təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Prosedurda iştirak etmək istəyənlər iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş kotirovka sorğusu şərtlərini “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” də yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər. Əlaqələndirici şəxs – Eldəniz Seyfullayev (telefon: 012-488-80-65)

 

İştirak haqqı:  500 manat

 

H/h: AZ65PAHA38090AZNHC0190006581

 

VÖEN: 2902478331

 

Bank: “PAŞA Bank” ASC

 

Bankın VÖEN-i: 1700767721

 

Bankın kodu: 505141

 

SWİFT: PAHAAZ22

 

M/h: AZ82NABZ01350100000000071944

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.


İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  • Təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;

  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Qiymət təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

  • Qiymət təklifi dəyərinin 1%-i həcmində bank təminatı (qiymət təklifinin qüvvədə olma müddəti bitdikdən sonra 30 bank günü);

  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarından arayış; 

  • İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

  • İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

  • Rəhbər şəxsin (imza sahibinin) tutduğu vəzifəni təsdiq edən sənədin surəti.

  • Tələb olunan digər zəruri sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır).

 

Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

 

İddiaçılar prosedurda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 7 oktyabr 2021-ci il saat 18:00-dək “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” ünvanında yerləşən ofisinə yazılı formada təqdim etməlidirlər.

 

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 

İddiaçıların təklifləri 8 oktyabr 2021-ci il, saat 12:00-da Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” də yerləşən ofisində, iclas zalında açılacaqdır.

 

Zərflərin açılmasında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.