Peşə Təhsil Mərkəzi tərəfindən mal-materialların satın alınmasına dair kotirovka sorğusu keçirilir
14 декабря,2021 19:43

“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində “Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs mal-materialların satın alınmasına dair kotirovka sorğusu keçirir.

 

Kotirovka sorğusu iştirakçılarına təklif edilir ki, qiymət təkliflərini möhürlənmiş və imzalanmış şəkildə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Müraciət edənin müvafiq təcrübəyə malik olması xüsusi nəzərə alınacaqdır. Kotirovka sorğusu prosedurunda iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC nəzdində “Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsin Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1 ünvanında yerləşən Mərkəzin inzibati binasına yazılı müraciət etməklə əldə edə bilərlər.

 

Əlaqələndirici şəxs – Yeganə Hüseynova (telefon: 051 205 98 90)

 

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  • Kotirovka sorğusunda iştirak etmək üçün müraciət;

  • İddiaçının tam adı, təşkilatın hüquqi forması, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, dövlət reyestrindən çıxarış və ƏDV ödəyicisinin qeydiyyat bildirişinin təsdiqlənmiş surətləri;

  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

  • Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd (əmr, təsisçilərin yığıncağının qərarı və s.);

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır). 

 

Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

 

İddiaçılar prosedurda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 28 dekabr 2021-ci il saat 10:00-dək “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində “Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsin Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1 ünvanında yerləşən inzibati binasına yazılı formada təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 

İddiaçıların təklifləri 28 dekabr 2021-ci il saat 14:00-da Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1 ünvanında yerləşən Peşə Təhsil Mərkəzinin inzibati binasının iclas zalında açılacaqdır.

 

Zərflərin açılmasında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.