İqtisadi Zonaların İnkişafı Agentliyi loqo və brendbook hazırlanması üzrə iş və xidmətlərin satın alınması ilə əlaqədar kotirovka sorğusu elan edir
8 февраля,2022 10:52

Kotirovka sorğusu 1 lot üzrə keçirilir:

 

İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən loqo və brendbook hazırlanması üzrə iş və xidmətlərin satın alınması.

 

Kotirovka sorğusu iştirakçılarına təklif edilir ki, (https://www.etender.gov.az/) - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün kotirovka sorğusu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Kotirovkada iştirak etmək istəyənlər lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

 

İştirak haqqı:

 

LOT 1: 100 manat.

 

H/h: AZ65PAHA38090AZNHC0190006581

 

VÖEN: 2902478331

 

Bank: “PAŞA Bank” ASC

 

Bankın VÖEN-i: 1700767721

 

Bankın kodu: 505141

 

SWİFT: PAHAAZ22

 

M/h: AZ82NABZ01350100000000071944

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.


İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  • Kotirovka sorğusunda iştirak etmək üçün müraciət;
  • İddiaçının tam adı, təşkilatın hüquqi forması, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, dövlət reyestrindən çıxarış və ƏDV ödəyicisinin qeydiyyat bildirişinin təsdiqlənmiş surətləri və ya sistemdən çıxarış.
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • Malgöndərənlərin (podratçıların) mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olmaları ilə bağlı məlumat;
  • Texniki imkanlar barədə məlumat;
  • Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd (əmr, təsisçilərin yığıncağının qərarı və s.);
  • Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

 

İddiaçılar kotirovka sorğusunda iştirak etmək sənədləri və qiymət təklifini 22 fevral 2022-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 23 fevral 2022-ci il saat 12:00-da açılacaqdır.

 

QEYD: Kotirovka sorğusunda iştirak, qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.