SKSP-nin rezidenti yeni məhsul istehsalına başlayıb
20 декабря,2021 20:46

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Alco” MMC yeni növ məhsulun - plastik bidonların istehsalına başlayıb. Müxtəlif həcmdə istehsal olunan bidonlar sürtkü yağlarının qablaşdırılmasında istifadə edilir.

 

Bu məhsul ilk 5 il ərzində şirkətin öz daxili təlabatının ödənilməsinə yönəldiləcək, sonrakı mərhələdə isə ixrac ediləcək.

 

Qeyd edək ki, “Alco” MMC 2016-cı ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Sənaye Parkının ərazisində Almaniya və İtaliya texnologiyası əsasında müxtəlif çeşiddə sürtkü yağları istehsal edir.