Peşə Təhsil Mərkəzinin tələbələri ilə görüş keçirilib
26 октября,2021 19:34

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzinin tələbələri ilə görüş keçirilib.

 

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, bu sahədə dünyada mövcud meyillər nəzərə alınmaqla, ölkəmizdə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadrlar hazırlayan peşə təhsili sistemi təkmilləşdirilir, insan kapitalının inkişafı, məşğulluğun təmin olunması və keyfiyyətli əmək bazarının formalaşdırılması məqsədilə mühüm işlər görülür. “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzinin yaradılması da məhz bu qəbildəndir. Artıq Mərkəzdə 2-ci tədris ilidir ki, kadr hazırlığı həyata keçirilir. Hazırda Peşə Təhsil Mərkəzində 8 ixtisas üzrə 150-dən çox tələbə təhsil alır və gələcəkdə ixtisas sayının artırılması nəzərdə tutulur. Mərkəzin tələbələri Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin müəssisələrində təcrübə keçirlər. Nazir müavini tələbələrə seçdikləri peşənin sirlərinə dərindən yiyələnməyi tövsiyə edib və təhsildə uğurlar arzulayıb.

 

Görüşdə Peşə Təhsil Mərkəzində peşə hazırlığının səmərəliliyinin artırılması, işəgötürənlərin tələbatına uyğun kadr hazırlığının təşkili istiqamətində görülən işlər barədə müzakirələr aparılıb.