İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkı ölkədə istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əhəmiyyətli rol oynayır.
Bu yaxınlarda Sənaye Parkının rezidenti “ALCO” MMC Avropa ölkələrinə - İspaniya, eləcə də Bosniya və Herseqovinaya sürtkü yağlarının ixracına başlayıb. Şirkət tərəfindən bu ölkələrə 5 min ton həcmində məhsul göndərilib.
Qeyd edək ki, “ALCO” MMC 2016-cı ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Şirkət Sənaye Parkının ərazisində Almaniya və İtaliya texnologiyası əsasında müxtəlif çeşiddə sürtkü yağlarının və antifrizin istehsalını həyata keçirir. İstehsal olunan məhsullar dünyanın 30-a yaxın ölkəsinə “Made İn Azerbaijan” brendi ilə ixrac edilir. İnvestisiya dəyəri 15 milyon ABŞ dolları olan müəssisədə 150 nəfər insan daimi işlə təmin edilib.