Tibbi maska istehsalı müəssisəsi fəaliyyətini genişləndirir
19 апреля,2021 19:10

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Bakı Tekstil Fabriki” MMC-nin tibbi maska istehsalı müəssisəsi fəaliyyətini uğurla davam etdirir. Hazırda müəssisədə 3 növ – tibbi cərrahi, adi və baktereloji tibbi maskalar istehsal olunur. İndiyədək müəssisədə 35 milyondan çox tibbi maska istehsal edilib.

 

Gündəlik istehsal gücü 400-450 min ədəd tibbi maska olan müəssisədə 4 istehsal xətti vardır. Tibbi maskaların istehsalında Türkiyədən gətirilən və İSO 17050-1 standartlarına uyğun xammaldan istifadə edilir.

 

Müəssisədə daha 2 növ (FF1 və FF2) tibbi maskaların istehsalı nəzərdə tutulur.

 

Qeyd edək ki, investisiya dəyəri 3,9 milyon manat təşkil edən müəssisədə hazırda 60-dan çox işçi çalışır.