- Ana Səhifə
- Media
- Xəbərlər
- Peşə Təhsil Mərkəzinin tələbələri SKSP-də təcrübi dərslərdə iştirak edirlər
Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzinin tələbələri üçün mütəmadi olaraq Mərkəz tərəfindən sənaye müəssisələrində təcrübə dərslər təşkil edilir.
Belə ki, Mərkəzin “Torna və frezer dəzgahlarının operatoru” ixtisas qrupunun tələbələri Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərtexnolayn” MMC-nin istehsal müəssisələrində təşkil edilən təcrübi dərs proqramında iştirak edirlər. Tələbələrin mexaniki iş metodu, mexaniki elementlərin layihələndirilməsi sahəsində Peşə Təhsil Mərkəzində əldə etdikləri nəzəri biliklər “Azərtexnolayn” MMC-də təşkil edilən təcrübi dərslər əsasında daha da təkmilləşdirilir. Eyni zamanda sənaye müəssisələrində tələbələrə materialların emalı, torna dəzgahı və frezləmə mövzularına dair dərslər keçirilir.
Təcrübi dərslərdə tələbələrə metalların emalında istifadə olunan dəzgahlardan (torna dəzgahı, frezer dəzgahı, mişar dəzgahı, CNC dəzgahlar və s.) istifadə qaydaları və qurğuları haqqında məlumatlar verilir.
Qeyd edək ki, təcrübi dərslər “Azərtexnolayn” MMC-nin istehsal müəssisələrində tədris ilinin sonunadək davam edəcək.