SKSP-nın rezidentlərinin istehsal etdikləri məhsullar 30-dan çox ölkəyə ixrac edilir
27 мая,2021 22:59

Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Azertexnolayn" MMC-nin məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika davam edir. Belə ki, "Azertexnolayn" MMC İtaliya və Ruminya ilə yanaşı, Çexiyaya da HDPE borularının (təzyiqli su boruları) ixracına başlayıb.

 

Qeyd edək ki, investisiya dəyəri 103 milyon ABŞ dollarından çox olan “Azertexnolayn” MMC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində qabaqcıl texnologiyalar əsasında müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir. Müəssisələrdə indiyədək 430 milyon manatdan çox məhsul istehsal olunub və 99 milyon manatlıq hissəsi ixrac edilib.

 

Ümumilikdə, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunan məhsullar daxili bazara çıxarılmaqla yanaşı, dünyanın 30-dan çox ölkəsinə ixrac edilir.