Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir keçirilib
27 января,2022 18:20

İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində “Gəncləri dini radikalizm – ekstremizm və narkomaniyanın zərərli təsirlərindən qoruyaq“ mövzusunda maarifləndirmə tədbiri keçirilib.

 

Tədbirdə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, şəhər Səhiyyə şöbəsi, şəhər Polis İdarəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin rəsmi şəxsləri, Peşə Təhsil Mərkəzinin əməkdaşları və tələbələri iştirak ediblər.

 

Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirin məqsədi yeniyetmə və gəncləri sağlam həyat tərzinə təşviq etmək, narkomaniya, tütün, alkoqol və psixotrop maddələrin mənfi təsiri ilə bağlı maarifləndirməkdir.

 

Tədbirdə narkomaniyanın törətdiyi fəsadlar, narkotik vasitələrinin zərərləri, insan və cəmiyyət üçün yaratdığı problemlər və narkomanlığa qarşı mübarizə tədbirləri haqqında məlumat verilib, “Narkomaniyaya “yox” deyək” videoçarx nümayiş etdirilib.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.