Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-nin törəmə şirkətinə məxsus Kabel Zavodu regionun ən iri, yüksək texnologiyaya malik kabel istehsalçılarından biridir və ölkəmizdə fiber optik kabellərin istehsalını həyata keçirən yeganə müəssisədir.
Bu istehsal sahəsində 10, 20, 30, 50, 100, 200, 300, 400 və 600 cütlü telefon kabelləri, müxtəlif növ fiber-optik, LAN və koaksial kabellər istehsal edilir. Zavodun məhsulları daxili bazara satılmaqla yanaşı, MDB ölkələrinə “Made In Azerbaijan” brendi adı ilə ixrac edilir.
Qeyd edək ki, “STP” MMC 2017-ci ilin noyabrında Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. 2021-ci ilin I yarısında şirkət tərəfindən 37,3 milyon manatlıq satış həyata keçirilib və bunun 5,7 milyon manatlıq hissəsi, yəni 15%-i ixrac edilib.