Rusiyadan olan şirkət nümayəndələri ilə görüş keçirilib
1 июня,2022 15:53
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında Rusiyanın “Milur İS” MMC şirkətinin bir qrup əməkdaşı ilə görüş keçirilib.
Görüşdə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada iş adamları üçün yaradılan şərait, mövcud investisiya imkanları barədə məlumat verilib, şirkət nümayəndələri təmsil etdikləri korporasiyanın fəaliyyətindən danışıb, sənaye zonasında elektrik sayğaclarının istehsalı layihəsinin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.
Qonaqlar Sumqayıt Kimya Sənaye Parkının ərazisində görülmüş işlərlə də tanış olublar.
Digər