Özbəkistanın Azərbaycandakı səfiri Pirallahı Sənaye Parkında olub
13 ноября,2020 10:11
Noyabrın 11-də Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov və Səfirliyin bir qrup əməkdaşı Pirallahı Sənaye Parkında olub.
Qonaqlara ölkədə fəaliyyət göstərən sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və göstərilən xidmətlər barədə məlumat verilib.
Görüşdə sənaye parklarının və Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətini əks etdirən təqdimat nümayiş etdirilib.
Sonda səfir və Səfirliyin əməkdaşları Pirallahı Sənaye Parkında görülmüş işlər, Parkın rezidenti “Diamed Co” MMC-nin Şpris istehsalı zavodu ilə tanış olublar.
Digər