Sentyabrın 27-də Anım Günü ilə əlaqədar “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də tədbir keçirilib. Əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsindən, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq qələbədən söz açıb, Azərbaycan əsgər və zabitinin qəhrəmanlığını və mübarizliyini qeyd ediblər.
Sonra Vətən müharibəsindən bəhs edən video-süjet nümayiş etdirilib.
Sonda “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əməkdaşları Vətən müharibəsində şəhid olmuş həmkarları Asəf Nəsibovun MMC-nin inzibati binasında qoyulmuş xatirə lövhəsi önünə gül dəstələri düzüblər. MMC-nin əməkdaşları Sumqayıt Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini də ehtiramla anıb, məzarlarına gül dəstələri qoyublar.