Şəhid həmkarımızın ailəsinə mənzil verilib
15 июня,2021 10:39
Şəhid ailələri və Vətən Müharibəsi iştirakçılarının sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin daim diqqətindədir və bu istiqamətdə ardıcıl işlər görülür.
Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Asəf Nəsibovun ailəsi yeni mənzillə təmin olunub. Abşeron rayonunda yerləşən iki otaqlı mənzilin sənədləri şəhidin atası Səfəralı Nəsibova təqdim edilib.
Qeyd edək ki, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əməkdaşı Asəf Nəsibov Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad olunmasında iştirak edib və oktyabrın 29-da Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Digər