Sumqayıt Kimya Sənaye Parkının rezidenti beynəlxalq sertifikat alıb
6 июня,2022 17:51

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “ALCO” MMC istehsal etdiyi məhsulların ixrac imkanlarının genişləndirilməsi üçün davamlı işlər görür. Belə ki, şirkət Mercedes Benz tərəfindən mühərrik yağlarınının istehsalı üçün daha bir beynəlxalq setrifikata ("Aminol Ultra C3 5W-40") layiq görülüb. Bu sertifikatın əldə edilməsi şirkətin ixrac potensialının artırılmasında önəmli olacaqdır.

 

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “ALCO” MMC 150 növdən çox sürtkü yağının istehsalını həyata keçirir. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, dünyanın 25-dən çox ölkəsinə “Made in Azerbaijan” brendi adı ilə ixrac edilir.