İZİA Daşkənddə keçirilmiş Özbəkistan-Azərbaycan biznes forumunda təmsil olunub
21 июня,2022 23:19

Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin, Özbəkistan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, tikinti, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

 

Biznes forumda İqtisadi Zonaların İnkişafı Agentliyi təmsil olunub və Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev ölkədə fəaliyyət göstərən sənaye zonaları və aqroparklara dair təqdimatla çıxış edib. Sənaye zonalarında sahibkarlar üçün yaradılmış investisiya imkanları barədə məlumat verilib.