İqtisadi Zonaların İnkişafı Agentliyi “Rebuild Karabakh 2021” sərgisində təmsil olunur
20 октября,2021 18:43

İqtisadi Zonaların İnkişafı Agentliyi “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisində öz stendi ilə iştirak edir.

 

Maraqla qarşılanan stenddə sərgi iştirakçılarına ölkədə fəaliyyət göstərən sənaye zonaları və rezidentlərə tətbiq olunan güzəştlər, Qarabağda yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının konseptual planları barədə məlumat verilir.

 

Sərgi çərçivəsində “İşğaldan azad olunmuş ərazilərin iqtisadi, investisiya və turizm potensialı, Qarabağda həyata keçirilməsi təklif olunan layihələr” mövzusuna həsr edilmiş panel iclasda sənaye zonalarına dair təqdimat keçirilib.

 

Sərgidə həmçinin, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri – İnşaat Kimyəviləri Zavodu, “Azertexnolayn” MMC, “STP” MMC-də öz stendləri ilə təmsil olunurlar.

 

Qeyd edək ki, “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisi 22 oktyabradək öz işini davam etdirəcək.