Резидент Гарадагского Промышленного Парка участвует в международной выставке
20 сентября,2023 11:52

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq “NEVA 2023” sərgisində öz stendi ilə təmsil olunur.

 

Sərgi iştirakçılarına Bakı Gəmiqayırma Zavodunun ümumi fəaliyyəti, həyata keçirilmiş layihələr barədə məlumat verilir.

 

Eyni zamanda sərgi çərçivəsində müxtəlif işgüzar görüşlər təşkil edilib. Görüşlərdə Bakı Gəmiqayırma Zavodunun gəmiçilik sahəsindəki qabaqcıl təcrübəsi, zavodun imkanlarının genişləndirilməsi, gələcəkdə həyata keçiriləcək layihələr müzakirə olunub.

 

Sərgi 21 sentyabr tarixinə qədər davam edəcək.