- Ana Səhifə
- Media
- Xəbərlər
- Роль промышленных зон в развитии ненефтяного сектора продолжает возрастать
Cari ilin I yarısında 1,4 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 16,5 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 20,7 faiz (470,6 milyon manat) olub.
Sənaye zonaları istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir.
Sənaye zonalarında ümumi investisiya həcmi 7,18 milyard manat olan 131 müəssisə rezident kimi qeydiyyatdan keçib və onlardan 68-i istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 6,56 milyard manatdan çox investisiya yatırılıb və 10600-dən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 616,1 milyon manat investisiyanın yatırılması, 4800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Sənaye zonalarında bugünədək ümumilikdə 10,23 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,35 milyard manatlıq hissəsi ixrac olunub. Cari ilin I yarısında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 1,4 milyard manatlıq məhsul satılıb ki, bunun 33,6%-lik hissəsi ixracın payına düşür. 2023-cü ilin I yarısında 1,4 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 16,5 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 20,7 faiz (470,6 milyon manat) olub. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, “Made In Azerbaijan” brendi adı ilə dünyanın 60-a yaxın ölkəsinə (ABŞ, Kanada, BƏƏ, Hindistan, Çin, Rusiya, Almaniya, İngiltərə, Yaponiya, Brazilya, Misir, Tayvan, Polşa, Danimarka, Niderland, Avstriya, Çexiya və s.) ixrac edilib.