- Ana Səhifə
- Media
- Xəbərlər
- Media nümayəndələri Sabirabad Sənaye Məhəlləsində "Taşobası" MMC-nin pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olublar
Oktyabrın 29-da İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sabirabad Sənaye Məhəlləsinə mediatur təşkil edilib.
Media nümayəndələrinə Sabirabad Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şərait , həmçinin rezident müəssisələrin fəaliyyəti barədə məlumat verilib.
Media mənsubları Sabirabad Sənaye Məhəlləsinin rezidenti olan “Taşobası” MMC-nin pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olublar.
Agentliyin idarə heyətinin sədrinin müşaviri Tural Abdullazadə bildirib ki, 2023-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınan “Taşobası” MMC-nin pambıq emalı zavodunda Türkiyə, Almaniya və İtaliya texnologiyalarının tətbiqi ilə mahlıc və texniki çiyid istehsal olunur.
Zavodun layihə dəyəri 3,3 milyon manatdır. Müəssisə ildə 8 min ton mahlıc, 10 min ton texniki çiyid istehsalı gücünə malikdir. İstehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə və ixraca yönəldilir. İndiyədək istehsal edilən məhsulun dəyəri 2,6 milyon manat olan hissəsi satılıb ki, bunun da 2,2 milyon manatı ixracın payına düşür. Zavodda xammal kimi Neftçala, Salyan, Sabirabad və Saatlı rayonlarında yetişdirilən pambıqdan istifadə olunur. Bu isə öz növbəsində pambıq sahələrində 300 nəfərin mövsümi işlə təmin olunmasına şərait yaradır. Ümumilikdə zavodda 80 nəfərlik iş yeri yaradılıb.


