Sabirabad Sənaye Məhəlləsində 2026-cı ilin yanvar-iyun aylarında 3,3 milyon manatlıq
məhsul istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində
olan Sabirabad Sənaye Məhəlləsində 2026-cı ilin yanvar-iyun ayları ərzində 3,3 milyon
manatlıq məhsul istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3
dəfədən çox artıb. Bundan başqa, Sənaye Məhəlləsində bu ilin ilk 6 ayı ərzində ötən ilin
eyni dövrü ilə müqayisədə məhsul ixracı 74% faiz artıb.
Sənaye Məhəlləsində hazırda 8 rezident fəaliyyət göstərir. Rezidentlər tərəfindən
ümumilikdə 11,8 milyon manat investisiya yatırılıb, 100-dən çox iş yeri yaradılıb.
Qeyd edək ki, Sabirabad Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 27
noyabr 2017-ci il tarixli Sərəncamı ilə yaradılıb. 20,3 hektar ərazini əhatə edən sənaye
məhəlləsində məişət məhsullarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı, qida
sənayesi və gübrə istehsalı əsas prioritet fəaliyyət istiqamətlərini təşkil edir.


