Sənaye zonalarında istehsal edilən məhsulun 32%-ə yaxın hissəsi ixrac edilib
11 fevral,2025 17:14

2016-cı ildən 2024-cü ildə daxil olmaqla sənaye zonalarında 4,9 milyard manatlıq məhsul ixrac edilib.

 

Sənaye zonaları ölkədə istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir.

 

2015-ci ildən 2024-cü il də daxil olmaqla sənaye zonalarında 15,4 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,9 milyard manatlıq hissəsi ixrac edilib.

 

Həmçinin 2024-cü ildə sənaye zonalarında 3,3 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 1,07 milyard manatlıq hissəsi ixracın payına düşür. 2023-cü illə müqayisədə ixrac 8,1% artıb. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir.

 

2024-cü ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,6%, ixracında isə 26% təşkil edib.