- Ana Səhifə
- Media
- Xəbərlər
- Sumqayıt Sənaye Parkında 15,75 milyard manatlıq məhsul satışı həyata keçirilib
Sumqayıt Sənaye Parkında 15,75 milyard manatlıq məhsul satışı həyata keçirilib
18 iyun,2026 11:04
Sumqayıt Sənaye Parkı Azərbaycanda yaradılan ilk sənaye parkı olmaqla ölkənin sənaye inkişafında mühüm rol oynayır.
Cənubi Qafqazın ən böyük sənaye parkında hazırda 39 rezident fəaliyyət göstərir.
Bu günədək Park üzrə 6,7 milyard manat investisiya portfeli formalaşıb, 15,75 milyard manatlıq məhsul satışı həyata keçirilib. Bunun 5,95 milyard manatı ixracın payına düşür.
Hazırda Parkda 6000-dən çox daimi iş yeri yaradılıb.


