- Ana Səhifə
- Media
- Xəbərlər
- Sumqayıt Kimya Sənaye Parkında rezidentlər 400 milyon manatdan çox vəsaitə qənaət ediblər
Sumqayıt Kimya Sənaye Parkında rezidentlər 400 milyon manatdan çox vəsaitə qənaət ediblər
31 iyul,2025 14:41
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, burada sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin olunurlar. Həmçinin, Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar.
Parkın rezidentlərinə indiyədək 912 ədəd təsdiqedici sənəd verilib ki, bunun nəticəsində rezidentlər texnika və texnoloji avadanlıqların idxalı zamanı 400 milyon manatdan çox vəsaitlərinə qənaət ediblər.


