Sumqayıt Kimya Sənaye Parkının rezidenti ilk ixracını həyata keçirib
2 iyun,2025 16:34

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Kartaş Kimya” MMC ilk dəfə olaraq məhsul ixracına başlayıb. Belə ki, birinci mərhələdə şirkət tərəfindən Özbəkistana təqribən 21 ton həcmində tikinti kimyəvilərin ixracı həyata keçirilib.

 

Qeyd edək ki, cari ilin 30 aprel tarixində dövlət başçısının iştirakı ilə açılışı olan “Kartaş Kimya” MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində sement əsaslı quru qarışıqların, su izolyasiya sistermlərinin, epoksid və poliuretan/poliurea əsaslı döşəmə materialların, sement üyüdücü əlavələrin, beton qatqılarının və onun əsas xammalının istehsalı ilə məşğul olur.