“Usta Mənəm!” peşə müsabiqəsinin növbəti mərhələsi keçirilib
26 may,2026 16:20
İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzi və “Holcim Azərbaycan” MMC-nin birgə təşkilatçılığı ilə növbəti “Usta Mənəm!” peşə müsabiqəsi keçirilib.
Müsabiqənin açılış mərasimində çıxış edən qonaqlar, eləcə də müxtəlif dövlət qurumlarının nümayəndələri peşə təhsilinin əhəmiyyəti, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkili, gənclərin praktiki bacarıqlarının inkişaf etdirilməsi və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Rəsmi hissədən sonra Sumqayıt şəhəri üzrə “Usta Mənəm!” peşə müsabiqəsinə start verilib. İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzində təşkil olunan müsabiqədə 23 usta birincilik uğrunda mübarizə aparıb.


