Ağdam Sənaye Parkında Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
29 sentyabr,2026 16:03

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə Ağdam Sənaye Parkında 27 Sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

 

Ağdam Sənaye Parkının rezidentlərinin iştirak etdiyi tədbir çərçivəsində Parkın ərazisində 100-dən çox ağac əkilib.

 

Tədbirin keçirilməsində məqsəd şəhidlərimizin əziz xatirəsini yad etmək, onların müqəddəs xatirəsini yaşatmaq, həmçinin Ağdam Sənaye Parkının ərazisində yaşıllıq sahələrinin genişləndirilməsinə və ətraf mühitin qorunmasına töhfə verməkdir.