İşğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarının rezidentləri 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bundan başqa işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün əlavə güzəştlər də tətbiq edilir.
Belə ki, əlavə güzəştlərə:
- Sosial sığorta haqlarının subsidiyalaşdırılması;
- İşğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə hər il 5 gün əlavə məzuniyyət verilməsi, aylıq vəzifə maaşına əlavələrin hesablanması, 600 manat birdəfəlik müavinət verilməsi;
- İş icazələrinin alınmasının sadələşdirilməsi;
- Əmək miqrasiyası kvotasının tətbiq edilməməsi (əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotasının 5 il tətbiq edilməməsi) də daxildir.
Həmçinin işğaldan azad edilmiş ərazidə fəaliyyət göstərəcək sahibkar tərəfindən istehsal prosesində istifadə ediləcək bir sıra xammal və materialların idxalı 10 il müddətinə ƏDV-dən azad olunurlar.
Biznes plana dair ümumi tələblərlə bu keçiddən istifadə etməklə tanış ola bilərsiniz.
Qanunvericiliyə uyğun olaraq, sənaye parklarında torpaq sahələri dövlət mülkiyyətindədir və rezidentlərə müqavilə əsasında uzunmüddətli icarəyə verilir.
Torpaq icarə haqqı (illik):
Sumqayıt Kimya Sənaye Parkında illik icarə haqqı ilk hektara görə 1600 manat ikinci hektar və daha yuxarı isə 3200 manat təşkil edir. (Məsələn: 3 hektar ərazi üçün illik icarə haqqı 8000 manat, 0.5 hektar ərazi üçün 800 manat təşkil edəcəkdir.)
Pirallahı Sənaye Parkında illik icarə haqqı ilk hektara görə 2000 manat ikinci hektar və daha yuxarı isə 4000 manat təşkil edir. (Məsələn: 3 hektar ərazi üçün illik icarə haqqı 10 000 manat, 0.5 hektar ərazi üçün 1000 manat təşkil edəcəkdir.)
Mingəçevir Sənaye Parkında illik icarə haqqı ilk hektara görə 800 manat ikinci hektar və daha yuxarı isə 1600 manat təşkil edir. (Məsələn: 3 hektar ərazi üçün illik icarə haqqı 4000 manat, 0.5 hektar ərazi üçün 400 manat təşkil edəcəkdir.)
Qaradağ Sənaye Parkında illik icarə haqqı ilk hektara görə 2000 manat ikinci hektar və daha yuxarı isə 4000 manat təşkil edir. (Məsələn: 3 hektar ərazi üçün illik icarə haqqı 10 000 manat, 0.5 hektar ərazi üçün 1000 manat təşkil edəcəkdir.)
Ağdam Sənaye Parkında illik icarə haqqı ilk hektara görə 800 manat ikinci hektar və daha yuxarı isə 1600 manat təşkil edir. (Məsələn: 3 hektar ərazi üçün illik icarə haqqı 4000 manat, 0.5 hektar ərazi üçün 400 manat təşkil edəcəkdir.)
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında illik icarə haqqı ilk hektara görə 400 manat ikinci hektar və daha yuxarı isə 800 manat təşkil edir. (Məsələn: 3 hektar ərazi üçün illik icarə haqqı 2000 manat, 0.5 hektar ərazi üçün 200 manat təşkil edəcəkdir.)
Xidmət haqqı (aylıq):
Hər bir hektara görə aylıq xidmət haqqı ƏDV xaric 1700 manat təşkil edir.
Sənaye parklarında minimum investisiya üçün məhdudiyyət müəyyən edilməmişdir.
Sənaye parklarında ölkə üzrə tətbiq olunan enerji tarifləri tətbiq olunur. Daha ətraflı bu keçiddən tanış ola bilərsiniz.