İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında fəaliyyət göstərmək və təqdim olunan geniş imtiyazlardan yararlanmaq üçün rezident statusu əldə etmək kifayətdir.
Bəs bu proses necə həyata keçirilir?
Sahibkarlar İZİA-nın rəsmi internet saytına daxil olaraq “Rezident ol” bölməsi vasitəsilə qeydiyyatdan keçə və müraciətlərini onlayn şəkildə təqdim edə bilərlər.
İlk mərhələdə investor tərəfindən təqdim olunan investisiya layihəsi Agentlik tərəfindən qəbul edilir və qiymətləndirməyə göndərilir.
Layihə iqtisadi səmərəlilik, innovativ texnologiyaların tətbiqi və yeni iş yerlərinin yaradılması kimi əsas meyarlar üzrə təhlil olunur.
Müsbət qərar verildiyi halda, qeydiyyat prosesi qısa müddət ərzində tamamlanır və sahibkara rezident statusu təqdim olunur.
Rezidentlər üçün nəzərdə tutulmuş vergi və gömrük güzəştləri isə qeydiyyat tarixindən etibarən tətbiq edilir.
Sənaye zonalarında yer almaq, biznesi dövlət dəstəyi ilə böyütmək deməkdir.


