İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkının fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə töhfələr verir.
İnvestisiya kapitalı 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə Sənaye Parkının rezidentliyi statusu verilib və bunlardan 2-si artıq istehsal fəaliyyətinə başlayıb İndiyədək Sənaye Parkında 53 milyon manatlıq məhsul satışı həyata keçirilib.
Pirallahı Sənaye Parkına bugünədək 41 milyon manatadək investisiya yatırılıb, 150-dən çox daimi iş yeri yaradılıb. Bundan başqa, mövcud layihələr üzrə əlavə olaraq 76 milyon manatdan çox investisiyanın qoyulması, 400-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.