İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi 2025-2026-cı tədris ili üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir.
- Avtomatika sistemlərinin istismarı (yüksək texniki peşə-subbakalavr ixtisas dərəcəsi verməklə, dövlət hesabına/ödənişli);
- Veb dizayner və proqram təminatçısı (texniki peşə,ödənişli);
- Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı (yüksək texniki peşə-subbakalavr ixtisas dərəcəsi verməklə, dövlət hesabına/ödənişli);
- Alternativ enerji qurğu və avadanlıqlarının istismarı (yüksək texniki peşə-subbakalavr ixtisas dərəcəsi verməklə, dövlət hesabına/ödənişli);
- Kompüter sistemlərində proqramlaşdırma (yüksək texniki peşə-subbakalavr ixtisas dərəcəsi verməklə, dövlət hesabına/ödənişli);
- Elektronika kommunikasiya texnologiyaları üzrə texnik (yüksək texniki peşə-subbakalavr ixtisas dərəcəsi verməklə, dövlət hesabına/ödənişli);
- İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik (texniki peşə, ödənişli);
- Avtomatika üzrə usta (ödənişli);
- Qrafik dizayner (ödənişli);
- Elektronika ustası (dövlət hesabına);
- Elektrik qaz qaynaqçısı (dövlət hesabına/ödənişli);
- İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı (dövlət hesabına/ödənişli);
- Torna və frezer dəzgahlarının operatoru (dövlət hesabına/ödənişli);
- Proqramla idarə olunan dəzgahların operatoru (ödənişli);
- Aqroservis mütəxəssisi (ödənişli);
Yüksək texniki peşə təhsilini müvəffəqiyyətlə başa vuran tələbələrə subbakalavr ixtisas dərəcəsi verilir və onlar imtahansız (birbaşa) universitetə qəbul olmaq şansı əldə edirlər.
Müsabiqədə orta və tam orta təhsilli şəxslər iştirak edə bilərlər. Tədris müddətində dövlət sifarişi əsasında təhsil alan tələbələr təqaüdlə təmin edilirlər.
Peşə Təhsil Mərkəzinə qəbul olmaq istəyən namizədlər Elektron müraciət sistemi (https://portal.edu.az/) və ya Peşə Təhsil Mərkəzinin inzibati binasına gəlməklə (ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1) qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat üçün əlaqə nömrəsi: (051) 205-97-54


