Fevralın 26-da İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində Xocalı soyqrımının 33-cü ildönümü ilə əlaqədar “Xocalı - faciədən doğan intiqam” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Xocalı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğundan, Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətindən, onun ağır nəticələrindən danışıblar.
Sonda Xocalı faciəsindən bəhs edən videoçarx və tələbələrin ifasında ədəbi bədii-kompozisiyalar nümayiş olunub.