Ağdam Sənaye Parkında yeni rezident
14 noyabr,2022 09:54

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə - “NN-Tel Group” MMC-yə rezidentlik statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb.

 

Yeni rezident “NN-Tel Group” MMC Sənaye Parkının ərazisində PVC dam örtükləri istehsal edən müəssisə inşa edəcək. İnvestisiya həcmi 1,3 milyon manat olan müəssisədə 12 daimi iş yerinin yaradılması planlaşdırılır.