Ağdam Sənaye Parkının 70%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib
14 fevral,2025 15:29

Ağdam Sənaye Parkı qısa müddət ərzində yaradılmasına baxmayaraq ölkədə hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük Park hesab edilir.

 

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında indiyədək 28 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Bu müəssisələr tərəfindən Sənaye Parkına 250 milyon manatdan çox investisiya yatırılması və 2000-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Artıq sahibkarlar tərəfindən Sənaye Parkında görülmüş işlərə 107 milyon manatdan çox investisiya yatırılıb, 457 daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının 70%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib. 

 

Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsulların daxili bazara satışı ilə yanaşı, ixracı istiqamətində də uğurlar əldə edilib. Sənaye Parkının rezidentləri tərəfindən 22,3 milyon manatlıq məhsul satışı edilib.

 

Parkda hazırda 10-a yaxın müəssisənin qurulması istiqamətində tikinti işləri aparılır.