- Ana Səhifə
- Media
- Xəbərlər
- Aqroparklar kənd təsərrüfatı məhsularının istehsalında əlverişli mexanizmdir
Aqroparklar ərzaq təhlükəsizliyi, idxaldan asılılığın azaldılması, bölgələrin iqtisadi imkanlarının artırılması, yeni iş yerlərinin yaradılması baxımından böyük əhəmiyyətə malik olmaqla yanaşı, yerli məhsulların “Made in Azerbaijan” brendi ilə xarici bazarlara etibarlı çıxışını da təmin edir.
İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən qeydiyyata alınmış 24 aqropark tərəfindən 2024-cü ildə 42,5 min ha torpaq sahəsində əkin işləri həyata keçirilib ki, bunun da 35,7 min ha suvarılan ərazilərdir.
2024-cü ildə aqroparklarda 34,1 min ton buğda, 25,5 min ton arpa, 91,8 min ton dən və silos qarğıdalı, 49,7 min ton şəkər çuğunduru, 22,4 min ton pambıq, 17,3 min ton kartof, 11,6 min ton yonca, 1,1 min ton soya, 3,5 min ton tərəvəz məhsulları, 14 min ton qüvvəli yem istehsal olunub, 18,1 min ton qarışıq meyvə yığılıb və 606 min ədəd ting əkilib.
Aqroparklarda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 150 milyon manat təşkil edib.
Heyvandarlıq üzrə ixtisaslaşmış 6 aqroparkda 32,4 min ton süd və 1,3 min ton ət istehsal olunub.