Yevlax Pilot Aqroparkda yeni rezident
3 sentyabr,2024 15:31

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Yevlax Pilot Aqroparkda “Aran Zeytun” MMC-yə rezident statusu verilib. 

 

Yeni rezident tərəfindən Aqroparkın 28,5 hektar ərazisində investisiya həcmi 262 min manat olan intensiv meyvə bağları salınacaq. Layihə çərçivəsində 3 nəfərin daimi, 5 nəfərin isə mövsümi işlə təmin edilməsi nəzərdə tutulur.

 

Qeyd. İndiyədək Yevlax Pilot Aqropark üzrə 2007 ha sahədə 36 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb. Rezidentlər tərəfindən ümumilikdə 52.9 mln. manatadək özəl investisiyanın yatırılması ilə 314 nəfər üçün daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək rezidentlər tərəfindən 29.8 milyon manat investisiya qoyulmaqla 92 daimi, 190 mövsümi iş yeri açılıb. 19 rezident tərəfindən 991 ha ərazidə əkin işləri aparılıb, 409 ha sahədə meyvə bağları salınıb.